Azərbaycanlı beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov yeni ildə ilk avrokubok təyinatını alıb.
Fanat.Az xəbər verir ki, o, qadın komandalar arasında Çempionlar Liqasının qrup mərhələsinin IV turunun “Fənərbağça” (Türkiyə) – “Ştutqart” (Almaniya) matçında ədaləti qoruyacaq.
Görüş yanvarın 18-də İstanbulda baş tutacaq.
Qeyd edək ki, hazırda D qrupuna "Ştutqart" liderlik edir, "Fənərbağça" isə 1 xal geri qalaraq ikincidir.