PSJ-nin hücumçusu Lionel Messi 2022-ci ilin "Top 5" liqasının bütün oyunçuları arasında ən yaxşı assistdir.
Fanat.Az xəbər verir ki, bu barədə “Bleacher Report” məlumat yayıb.
Argentinalı ulduz ötən il klub səviyyəsində 30 məhsuldar ötürmə edib. Bu göstəricidə 2-ci yerdə “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne qərarlaşıb. Belçikalı 28 məhsuldar ötürmə edib. İlk "üçlüy"ü 23 məhsuldar ötürmə ilə PSJ-nin hücumçusu Neymar tamamlayıb.
Mirağa