"Mançester Siti" "Veles Sarsfild"in yarımmüdafiəçisi Maksimo Perrone ilə bağlı şifahi razılığa gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, "şəhərlilər"in yeni tapıntısının transfer məbləği 7 milyon funt sterlinqdir.
19 yaşlı yarımmüdafiəçi "Veles Sarsfild"in yetirməsidir.
Perrone yanvarın sonunda başlayacaq 20 yaşadək futbolçular arasında Cənubi Amerika çempionatı başa çatdıqdan sonra "Mançester Siti"yə qoşulacaq.
Mirağa