Azərbaycan millisinin 25 yaşlı futbolçusu Mahir Emreli formasını geyindiyi Zaqreb “Dinamo”sunun təlim-məşq toplanışına qatılıb.
Fanat.Az xəbər verir ki, bir müddət öncə komandadan ayrılacağı barədə məlumatlar yayılan hücumçu zaqreblilərin sıralarında Rovin şəhərinə yollanıb.
Baş məşqçi Ante Çaçiç səfərə 28 futbolçu ilə çıxıb. Onlardan 25-i əsas, 3-ü isə əvəzedici komandanın futbolçularıdır. Yalnız kapitan Ariyan Ademi və yarımmüdafiəçi Yosip Mişiç səhhətlərində problem olduğu üçün Zaqrebdə qalıblar. Ademi və Mişiçin kollektivə nə vaxt qoşulacaqları indilik bilinmir.
“Dinamo” yanvarın 12-də Sloveniya “Çelye”si ilə sınaq matçına çıxacaq.
Nihat