"Qarabağ" qış təlim-məşq toplanışı üçün sabah Türkiyənin Antalya şəhərinə yola düşəcək.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "Gloria Sports Arena"da məskunlaşacaq komanda 3 yoldaşlıq oyunu keçirəcək.
Ağdam təmsilçisi 15 yanvarda "Poqon" (Polşa), 18 yanvarda isə "Çukariçki" (Serbiya) və "Rakuv" (Polşa) klubları ilə üz-üzə gələcək.
Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək.
Qeyd edək ki, "Zirə" yanvarın 2-dən, "Səbail" isə bu gündən Antalyada toplanışdadır.