9-17 yanvar tarixlərində Avstriyanın Mittersil şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə beynəlxalq təlim-məşq toplanışı təşkil olunacaq.
Fanat.Az xəbər verir ki, toplanışda 45 ölkədən 680 cüdoçunun iştirakı gözlənilir.
Azərbaycan milli komandaları toplanışa ümumilikdə 35 nəfərlik heyətlə qatılacaq. Onlardan 25-i kişi, 10 qadınldır.