“Qəbələ” 2022/23 mövsümünün ikinci yarısının hazırlığını gerçəkləşdirmək üçün Türkiyəyə yollanıb.
Fanat.Az xəbər verir ki, Antalyada qış təlim-məşq toplanışı keçirəcək “qırmızı-qaralar” yanvarın 17-dək qonşu ölkədə hazırlaşacaq.
Komanda “Limak Lara” otelində məskunlaşacaq. Hazırlıq prosesində “Qəbələ” üç yoxlama oyunu keçirəcək. Halbuki, daha öncə iki sınaq matçı nəzərdə tutulmuşdu. “Qırmızı-qaralar” yanvarın 12-də Rumıniyanın “Sepsi”, 14-də Almaniyanın “Lukenvalde”, 16-da Çexiyanın “Teplitse” klubu ilə görüşəcək.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı yanvarın 24-də start götürəcək. “Qəbələ” ilin ilk matçını Gəncədə “Kəpəz”ə qarşı keçirəcək.