Azərbaycan milli komandasının voleybolçusu Yelizaveta Rubanın çıxış etdiyi Rumıniyanın "Luqoj" klubu ilin ilk avrokubok matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, onun komandası 1/8 finalda Portuqaliyada yerləşən Azor adalarının ən böyük şəhəri olan Ponte- Delqada təmsilçisi “Kairos" komandası ilə qarşılaşacaq.
İlk oyun yanvarın 12-də, ikinci oyun isə yanvarın 18-də "Luqoj"un meydançasında baş tutacaq.