"Araz Naxçıvan"ın futbolçusu Bəxtiyar Soltanov cərimələnib. Fanat.az xəbər verir ki, buna səbəb hücumçunun qırmızı vərəqə alması olub.
I divizionun XXIV turu çərçivəsində keçirilən “Araz Naxçıvan” - “Neftçala” matçının 16-cı dəqiqəsində Bəxtiyar Soltanov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Bu səbəbdən AFFA İntizam Komitəsi onu 4 oyunluq cəzalandırıb, klubu 400 manat cərimə edib.
"Araz Naxçıvan" da futbolçusunu cəzasız qoymayıb. Baş məşqçi Əsgər Abdullayevin qərarı ilə Soltanovun maaşının bir hissəsi kəsilib.
Fanat.az