İngiltərə Premyer Liqasının 19-cu turunda "Çelsi"ni məğlub edən (1:0) "Mançester Siti"nin baş məşqçisi Pep Quardiola oyunu dəyərləndirib.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis özünü dahi adlandırıb:
"Mən dahiyəm. "Everton"la oyundan sonra məndən niyə 81-ci dəqiqəyə qədər heç bir dəyişiklik etmədiyimi soruşdular. Bu barədə düşündüm və bu gün bir neçə dəyişiklik etdim. Nəticədə oyuna sonradan daxil olan Mahrez qol vurdu. Bu gün məğlub ola bilərdik. Biz "Arsenal"dan cəmi beş xal geridəyik.
Noyabrdan çoxları bizim çempion ola biləcəyimizə inanmağa başladı. Premyer Liqadakı digər komandalarda o qədər təzyiq yoxdur, heç kim sentyabrda onların liqanı qazanacaqları haqda söhbət etmir. "Mançester Siti"nin 5 il ərzində dörd liqa qalibiyyətindən sonra bunu təkrar etməsi asan deyil. İndiyə qədər əldə etdiyim uğurlardan çox razıyam”.
Mirağa