21:14 06.01.2023 638

Emil Balayev “Səbail”in ən istedadlı oyunçusunun adını açıqladı

“Konkret olaraq kumirim yoxdur. Amma ən bəyəndiyim qapıçı İker Kasilyasdır”.

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan millisinin və “Səbail”in qapıçısı Emil Balayev klubun “İnstagram” səhifəsinə müsahibəsində deyib.

29 yaşlı qolkiper bildirib ki, Petr Çex və Canluici Buffon kimi qapıçılara da böyük hörmət bəsləyir.

Türkiyənin Antalya şəhərində davam edən hazırlıq prosesini dəyərləndirən Balayev dünəndən məşqlərə başladıqlarını söyləyib: “Komandada ab-hava çox yaxşıdır. Xoş yorğunluq hissi var. Hər şey yüksək-səviyyədədir”.

Onun sözlərinə görə, “Səbail”də mehriban kollektiv formalaşıb: “Konkret bir nəfəri deyə bilmərəm. Fikirləşirəm ki, mənə ən yaxın olanlar Ağabala Ramazanov, Mirabdulla Abbasov və Rahid Əmirquliyevdir”.

Qapıçı, ən texnikalı, qüvvətli zərbələri olan və istedadlı oyunçuları da açıqlayıb: “Ən texnikalı Ağabala, ən qüvvətli zərbəyə sahib oyunçular Rahid və Mirabdulladır. Ən isteadadlı oyunçu isə qapıçı Sadiq Məmmədzadədir”.
 
Balayev “Ən yaddaqalan oyununuz hansıdır” sualına bu cür cavab verib:
 
“ASCO Arena”da “Qəbələ”ni 2:1 hesabı ilə məğlub etdiymiz matç qeyd edərdim. Bu, doğma meydanda ilk qələbəmiz idi. Millidə isə Xorvatiyanı Bakıda 2:1 hesabı ilə yendiyimiz görüşü fərqləndirərdim. Debüt oyunum idi. Əla qarşılaşma alınmışdı”.
 
O, ölkə çempionatında rəqiblərə fərq qoymadıqlarını, bütün komandalarla matçlara ciddi hazırlaşdıqlarını vurğulayıb:
 
“İnanıram ki, hər şey daha yaxşı olacaq. Mövsümün ilk hissəsindəki nəticələrimiz ürəkaçan olmasa da, qış fasiləsindən sonra məsuliyyəti dərk edib daha yaxşı çıxış edəcək və yuxarı pillələrə qalxmağa çalışacağıq”.

Motosiklet sürməyi sevən Balayev sonda sürücülərə məsləhət verib:

“Prius”lardan uzaq dursunlar (gülür). Həm də yol-hərəkəti qaydalarına əməl etsinlər. Atalar sözümüz var ki, ehtiyat igidin yaraşığıdır. Düzdür, motosikleti idarə etmək təhlükəlidir. Amma düzgün istifadə etsən, müəyyən limitləri aşmasan, o qədər də qorxulu deyil”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X