Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” ilk yoxlama görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, əyalət təmsilçisi Rumıniyanın “Petrolul” klubu ilə qarşılaşıb.
Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, yanvarın 18-dək Antalyada hazırlıq keçəcək “Turan Tovuz” daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. Ayxan Abbasovun kollektivi ayın 13-də “Aarau” (İsveçrə), 17-də isə “Qurnik”lə (Polşa) qarşılaşacaq.