“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Azərbaycan Premyer Liqası ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, Polşa mətbuatına açıqlamasında turnir cədvəlinin ilk üç pilləsində qərarlaşan “Qarabağ”, “Sabah” və “Neftçi”ni fərqləndirib:
“Orada yalnız ilk üç pillədə yer almış komandaların çox pulu var”.
32 yaşlı müdafiəçi Türkiyədəki təlim-məşq toplanışı zamanı sabiq komandası olan Polşa “Legiya”sının (Varşava) düşərgəsini ziyarət edib. Monteneqrolu futbolçu Polşa mətbuatına açıqlamasında “Legiya” ilə yoxlama görüşü keçirən “Səbail” haqqında da danışıb: “Səbail” Azərbaycan çempionatının ən zəif komandasıdır”.
Xatırladaq ki, “Səbail”lə “Legiya” arasında keçirilən yoxlama görüşü 2:2 hesabı ilə başa çatıb. “Dənizçilər” hazırda Premyer Liqanın turnir cədvəlində sonuncu pillədədir.