İspaniya La Liqasında çıxış edən Arda Turan və Kriştiano Ronaldodan bəd xəbər gəlib. Fanat.az xəbər verir ki, hər iki futbolçunun zədəsinin ciddi olduğu müəyyənləşib.
Aprelin 1-də "Barselona" ilə Çempionlar Liqası çərçivəsində keçirilən matçda zədələnən "Atletiko"nun türk futbolçusu La Liqanın qarşıdakı 2 matçında və Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində baş tutacaq ilk oyunda meydanda olmayacaq.
La Liqanın "Real Sosyedad" və Çempionlar Liqasının "Borussiya" (Dortmund) matçlarından kənarda qalan "Real"ın ulduzun dönüş tarixi hələ bəlli deyil. Bu barədə "Kral Klubu"nun rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, Ronaldonun meydana qayıdışı müalicənin gedişindən aslı olacaq.
Fanat.az