1999-cu ildən bu yana "Real Madrid"in qapısını qoruyan İker Kasilyas Joze Mourinyo ilə yaşadığı problemlərdən danışıb.
İdman24.az xəbər verir ki, "Real"da 3 mövsüm keçirən Mou son aylarda Kasilyası ehtiyatda saxlamış, qapıçının əli qırılandan sonra isə qapı tamamilə Dieqo Lopezə həvalə olunmuşdu.
Bununla bağlı açıqlama verən ulduz "Mən ağladım və əziyyət çəkdim. Xəstə oldum, yuxusuz gecələr keçirdim", deyib.
İdman24.az