Qadın voleybolçular arasında Azərbaycan çempionatında bu gün növbəti turun oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, Bakıdakı Voleybol Mərkəzində II turun bir oyunu baş tutacaq.
İlk turdan sonra lider olan “Azərreyl” set fərqinə görə üstələdiyi son çempion “Abşeron”la qarşılaşacaq.
“Murov”la UNEC arasında keçirilməli olan turun daha bir oyunu isə "iqtisadçılar" arasında kütləvi yoluxmaya görə təxirə salınıb.
II tur
16:00. "Azərreyl" - "Abşeron"
Turnir cədvəli: "Azərreyl" - 3 xal (3:0), Murov - 3 (3-1), Abşeron - 0 (1-3), UNEC - 0 (0-3).