13:46 13.01.2023 757

Parlayan yerli də var, gəlmə də - Mövsümün 5 "qaymağ"ı 

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

2022/2023-cü illər əvvəlki mövsümlərdən bir çox cəhətinə görə fərqlənir. Söhbət ilk növbədə son bir neçə ildən fərqli olaraq, komanda sayının 8-dən 10-a çatdırılmasından, "Neftçi" - "Kəpəz", "Kəpəz" - "Turan Tovuz" əzəli rəqabətlərinin bərpasından gedir. Baş katib səviyyəsində AFFA yetkilisinin dilindən "Bu mövsüm sonuncu yeri tutan bir komanda mütləq şəkildə elitanı tərk edəcək" açıqlamasının verilməsi aşağı sıralarda gedən komandalar arasında belə, rəqabəti, prinsipiallığı artırıb.

Təbii ki, vurğuladığımız bu məqamlar futbolçuların performansına təsirsiz ötüşmür. Bu yazıda mövsümün geridə qalan bölümündə çıxışı ilə diqqət çəkən futbolçulardan danışacağıq.   

Sorğuda fikirləri haçalayan milli üzvləri

Mövsümün ilk yarısı ərzində əsas diqqət çəkən iki futbolçu oldu ki, onlar millinin üzvləri Ramil Şeydayev və Emin Mahmudovdur. Təsadüfi deyil ki, ölkənin müxtəlif media və idman qurumlarının keçirdiyi sorğularda gah bu, gah digəri qalib elan olundu. Bu baxımdan Şeydayev Mahmudovdan geri qalsa da, əslində "Qarabağ"ın forvardının statistik göstəriciləri daha yaxşıdır. Sadəcə, Ağdam klubunda Ramil kimi, lider oyunçuların sayı kifayət qədərdir və bu baxımdan o, əziyyət çəkmir. "Neftçi"ni isə Emin Mahmudov belə desək, çiyinlərində daşıyır. İstənilən halda, ötən yaydan üzübəri bir çox cəbhələrdə mübarizə aparan, cari mövsümün bombardiri olan Şeydayevi ilk sıraya qoymaq lazım gəlir.

Qurbanov Şeydayevə oğlundan çox güvənir

Ramil Şeydayev    
                                 Oyun      Qol     Assist     Dəqiqə

Premyer Liqa               18          14       4             1036
Çempionlar Liqası         8            -        2              386
Avropa Liqası                 6            1        -              303
Azərbaycan kuboku       2             -        -             180
                       Cəmi:       34          15       6            1905


Ramil "Qarabağ"da sanki ikinci baharınını yaşayır. Ağdam təmsilçisində çıxış etdiyi ilk cəhdi uğursuz alınan forvardın səviyyəsinə şübhə etməyə başlayanlar indi yanıldığını anlayır. O, istər çempionatda, istərsə də avrokuboklarda komandasının əsas qol silahıdır. Düzdür, onun özünü nəhayət göstərə bilməsində baş məşqçi Qurban Qurbanovun rolu da vurğulanmalıdır. Təcrübəli mütəxəssisin inadla ona güvənməsi Şeydayevin yüksək performans sərgiləməsi ilə müşaiyət olunur.

Ramil həm də "Qarabağ"ın ştatlı penaltivuranıdır. Premyer Liqanın ilk yarısını 14 qolla tamamlayan Ramil bunların yarısını "11 metrə"dən reallaşdırıb. 

Emin Mahmudov
                                    Oyun     Qol     Assist     Dəqiqə

Premyer Liqa                  18       10        4            1550
Konfrans Liqası                4        -          2             383 
Azərbaycan kuboku         2        1          -              210
                       Cəmi:        24       11         6            2143


Emin Mahmudov Premyer Liqada 10 qol və 4 məhsuldar ötürmə ilə komandasını arxasınca daşıyır. Bir sözlə, o, kapitan kimi üzərinə düşən işi artıqlaması ilə görür, liderlik funksiyasını məharətlə yerinə yetirir. Emin üçün bu mövsüm fərdi planda da yaddaqalan oldu ki, o, het-trikə imza atdı. İstedadlı yarımmüdafiəçi karyerasında ilk dəfə bir oyunda üç qol vurdu ki, bu, "Səbail"lə görüşə (3:1) təsadüf etdi. Üstəlik, Mahmudov ilk iki dövrə ərzində baxımlı qolları ilə diqqət çəkdi. 

Onun əsas özəlliklərindən biri soyuqqanlığı və standart vəziyyətlərin mahir ifaçısı olmasıdır. Emin 10 qoldan 5-ni, yəni Şeydayev kimi, yarısını penaltidən vurub. O, bu zərbələrin hamısında dəqiq olub.

Emin Mahmudov Azərbaycan kubokunda da komandası ilə birgə yarımfinala adlamağın sevinci yaşadı. İlk oyunda "Zirə"yə minimal hesabla (0:1) uduzan "ağ-qaralar" cavab matçında geridönüş edərək iki top fərqi (3:1) ilə üstün oldu. Bunda kapitanın da əməyi qeyd edilməlidir. O, komandasının 2-ci qoluna imza atdı.    

Musa Qurbanlı                
                                    Oyun     Qol     Assist     Dəqiqə

Premyer Liqa                15         12          4            960
Avropa Liqası                 2            -          -                 2
Azərbaycan kuboku       2           2          -              173
                        Cəmi:      19        14          4            1135


Fərqləndirdiyimiz futbolçuların "Top-5"-ində üçüncü sırada daha bir yerli oyunçu, mövsümün ən gənc tapıntısı Musa Qurbanlıdır. Düzdür, baş məşqçi Qurban Qurbanov avrokuboklarda oğluna yox, Ramil Şeydayev də Kvabena Ovusuya şans verir. Əvəzində Musa daxili yarışlarda mütəmadi meydana çıxır. O, bu fürsətdən artıqlanması ilə yararlanmaqla istedadından söz etdirir. Çoxları onun atasının gəncliyini xatırlatdığını yada salır. İstənilən halda, o, "Qarabağ" kimi böyük rəqabətin olduğu komandada özünü göstərə bilirsə və hətta bombardirlik yarışında başabaş mübarizə aparırsa, alqışlanmağı haqq edir.   

Musa Premyer Liqada meydana çıxdığı 15 oyunda 12 dəfə fərqlənməyi bacarıb. Gənc hücumçu hətta bir oyunda ("Zirə" - 7:1) 4 qol vuraraq poker etməyi də bacarıb. Üstəlik, kubokda da 2 oyunda 2 dəfə fərqlənib. 

Aleksey Kaşuk
                                         Oyun     Qol     Assist     Dəqiqə

Premyer Liqa                     13           8          4             995
Azərbaycan kuboku            2           -           -             172 
                         Cəmi:         15           8          4           1167


"Sabah" ötən mövsümdə də avrokuboklara vəsiqə qazanmağa yaxın olmuşdu, ancaq son anda istəyinə çata bilməmişdi. Ümumiyyətlə, bu komanda əvvəlki illərdə baxımlı oyunu ilə rəğbət oyadıb. Bu mövsüm isə bir başqa "Sabah" müşahidə etməkdəyik. Masazırlılar daha inamlı oyunu və diqqət çəkən nəticələri ilə çempionata rəng qatır. Təbii ki, bunda baş məşqçi Murad Musayevin rolu danılmazdır. Bununla belə, Aleksey Kaşukun komandaya faydası inkar oluna bilməz. Ötən mövsüm də bombardirlik keyfiyyətlərini sərgiləyən Coy Lens Mikels 9 qolla "Sabah"ın bombardiri olsa da, ukraynalı yarımmüdafiəçi həm mövqeyində liderliyi üzərinə götürə, həm də qolçuluq bacarığını göstərə bilir. 2021/2022-ci illər mövsümündə də “Sabah”ın uğurları üçün çalışan 22 yaşlı yarımmüdafiəçi ötən gəlişində Premyer Liqada 8 oyun keçirib və cəmi 2 qola imza atmışdısa, hazırda daha məhsuldardır. O, 13 matçda 8 dəfə fərqlənib. Həm də nəzərə almaq lazımdır ki, Kaşuk "Sabah"a gec - sentyabrın əvvəlində qoşulub. Bu vaxt artıq komandası 5 oyun keçirmişdi.   

Abdulaye Şuaybu 
                                    Oyun       Qol     Assist     Dəqiqə

Premyer Liqa                18            6           2           1190
Azərbaycan kuboku       2            1           -             166
                       Cəmi:      20            7           2          1356


"Kəpəz"in büdcəsi o qədər deyil ki, heyətinə tanınmış legionerlər cəlb edə bilsin. Ancaq Şuaybu məhz Gəncə klubunda sərgilədiyi futbolla dəyər qazanıb. Məhz bu üzdən onun adı qış fasiləsi ərəfəsində "Neftçi" və "Qəbələ" ilə hallanırdı. Ancaq nigeriyalı hücumçu qərb təmsilçisində qalmağa, mövsümün sonuna qədər komandaya kömək etməyə qərar verdi. Halbuki, o, "Kəpəz"də normal şərtlər altında  debüt etmədi. Komanda ev oyunlarını Gəncədən kənarda, azarkeşlərin dəstəyindən məhrum keçirirdi. Çempionatın əvvəlindəki uğursuz nəticələr baş məşqçi dəyişikliyinə səbəb oldu. Bunlara baxmayaraq, "sarı-göylər"ə faydalı olan nigeriyalı çempionatda 6, kubokda 1, beləliklə, ümumilikdə keçirdiyi 20 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. Autsayder komandanın heyətində liderlik etmək elə də asan məsələ deyil. Məhz Şuaybunun sayəsində komanda bir neçə oyunda önəmli xallar qazanıb. 

Rekord davam edəcəkmi? - Ümid də var, baza da     

Mövsümün ilk yarısında fərqlənən futbolçuların siyahısında yerli oyunçuların önə çıxması xüsusi qeyd olunmalıdır. Bu, milli adına da ümid verir. Axı qarşıdan AÇ-2024-ün seçmə oyunları gəlir. Həmin milli ki, ardıcıl son 5 görüşdə qələbə qazanmaqla tarixində yeni rekord müəyyənləşdirib. Son Millətlər Liqasında Belarus (2:0), Slovakiya (2:1) və Qazaxıstanı (3:0) üstələyən Canni de Byazinin yetirmələri daha sonra beynəlxalq yoldaşlıq görüşlərində Moldovaya (2:1) və Şimali Makedoniyaya (3:1) qalib gəlib. Bu isə milli tarixinin mütləq rekordudur. Buna qədər ardıcıl qələbə sayında rekord 3 oyun olub ki, bunlar 1993 və 2009-2010-cu illərə təsadüf edib. Azərbaycan yığması sonuncu dəfə ötən il iyunun 10-da Millətlər Liqası çərçivəsində Slovakiya ilə ev matçında (0:1) uduzub. Milli qələbələri sıraladığı bu oyunlarda 12 qol vurub ki, onun 4-nü məhz fərqləndirdiyimiz 3 futbolçu - Ramil, Emin və Musa vurub. Musa Şimali Makedoniyayla son qələbədə millinin heyətində ilk qol sevincini yaşayıb. Ümid edirik ki, yaxşı formada olan bu futbolçular, eləcə də heyətin digər üzvləri 2023-cü ildə milliyə daha çox fayda verəcəklər. 

Mirağa Mirzəyev    

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

Facebookdan bizi izləməyi unutmayın.
X