"Neftçi"nin futbolçusu Voislav Stankoviç klubun rəsmi televiziyasına açıqlama verib.
Fanat.Az-ın xəbərinə görə, 36 yaşlı müdafiəçi Höccət Haqverdinin komandasına transferini şərh edib:
"Höccət Azərbaycan millisinin üzvüdür. Müdafiə xəttimizə çox kömək edəcək. Həm müdafiənin cinahında, həm də mərkəzində çıxış edə bilir. Düşünürəm ki, bu dəyişikliklərin bizə faydası olacaq".
Zədə səbəbindən uzun müddət komandadan ayrı düşən serbiyalı futbolçu vəziyyətin yaxşılığa doğru getdiyini söyləyib: "Artıq komandaya qoşulmuşam, hazırlıq çox yaxşı gedir. "Sabah"la çempionat oyununa təqribən 2 həftə var. Həmin matça kimi tam hazır olacağımı düşünürəm".