Voleybol üzrə Azərbaycan milli komandasının kapitanı Ayşən Abduləzimovanın çıxış etdiyi “Vaşaş” Macarıstan çempionatında növbəti qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, son çempion evdə “Uypeşt”ə 3:0 hesabı ilə qalib gəlib.
Ayşən matç ərzində 8 xal toplayıb.
Səkkiz turdan sonra hesabında 23 xal olan “Vaşaş” “Bekeşçaba”nı 2 xal qabaqlayaraq turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.