“Qəbələ”nin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında Çexiyanın “Teplitse” komandasına qarşı keçirdiyi yoxlama oyununda dava düşüb.
Fanat.Az xəbər verir ki, insident qarşılaşmanın sonlarına yaxın rəqib futbolçu ilə “qırmızı-qaralar"ın kapitanı Asif Məmmədov arasında baş verib.
İnsidentə digər oyunçular da qoşulunca, ara qarışıb. Nəticədə baş hakim oyunu vaxtından əvvəl - 89-cu dəqiqədə bitirib. Yalnız bundan sonra tərəfləri sakitləşdirmək mümkün olub.
Xatırladaq ki, görüş "Qəbələ"nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.