"Zirə" Antalya təlim-məşq toplanı çərçivəsində bu gün yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Türkiyədəki hazırlığı iki sınaq matçı ilə yekunlaşdıracaq "qartallar"ın ilk oyunu artıq başa çatıb.
Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Macarıstanın “Szeged-Csanad” kollektivi ilə qarşılaşmada 1:3 hesabı ilə uduzub. Azərbaycan təmsilçisinin yeganə qolunu Toni Qomes vurub.
İkinci oyunda isə rəqib “Radniçki" (Serbiya) olacaq. Serblərlə oyun saat 16:30-da start götürəcək.
Qeyd edək ki, "Zirə" sabah Bakıya dönəcək.