Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün yoxlama oyununda qüvvəsini sınayacaq.
Fanart.Az xəbər verir ki, qərb təmsilçisi Antalyadakı hazırlıq çərçivəsində son oyununda Qazaxıstanın “Jetisu” komandası ilə üz-üzə gələcək.
Qarşılaşmaya Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.
“Turan Tovuz” bundan əvvəl keçirdiyi sınaq matçlarında Rumıniyanın “Petrolul” komandasına 2:3 hesabıyla uduzub, İsveçrənin “Aarau” klubuna 1:0 hesabıyla qalib gəlib.