Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Dmitri Barinovun agenti Pavel Banatin müştərisinin xidmətində Türkiyənin "Beşiktaş" klubunun maraqlı olduğunu təsdiqləyib.
Fanat.Az xəbər verir ki, o "Çempionat"a açıqlamasında belə deyib:
"Beşiktaş" "Lokomotiv"ə artıq rəsmi təklif göndərib. Ancaq məbləğ Moskva klubunu qane etmədiyinə görə tərəflər razılığa gələ bilmədilər. Bu, Dima səviyyədə futbolçu üçün kifayət edəcək məbləğ deyildi. İndi onlar daha yaxşı təklif hazırlayırlar".
Nihat