Yanvarın 19-da “Əl-Nəsr” və “Əl-Hilal”ın futbolçularından ibarət komanda ilə PSJ arasında yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az Match TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında oyunçularla şəkil çəkdirmək imkanı və komandanın paltardəyişmə otaqlarına daxil olmaq kimi imtiyazlara malik matç üçün xüsusi biletin satışı üçün xeyriyyə hərracı keçirilib.
Tender 1 milyon Səudiyyə riyalı ilə başlayıb, sonda bilet 10 milyon riala (2,4 milyon avro) satılıb. Hərracdan əldə olunan gəlir milli xeyriyyə kampaniyasına yönəldilməlidir.
Hələ yeni komandası ilə debüt etməyən "Əl-Nəsr"in ulduz futbolçusu Kriştianu Ronaldu sabahkı matçda oynayacaq. O, ərəb komandalarının kapitanı təyin olunub.
Mirağa