"Qarabağ" Antalya təlim-məşq toplanışı çərçivəsində bu gün iki yoxlama oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə "Çukariçki" (Serbiya) ilə gücünü sınayacaq.
"Mardan Sports Complex"də baş tutacaq oyun saat 12:00-da (Bakı vaxtı ilə 13:00) start götürəcək.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda günün ikinci yarısında Polşanın "Poqon" kollektivi ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 18:30-da başlayacaq matç "Gloria Sports Arena"da keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" ilk sınaq görüşündə "Rakuv"a (0:3) uduzub.