Uruqvay millisinin ulduzu Luis Suaresin Braziliya klubu "Qremio"da debütü möhtəşəm alınıb.
Fanat.Az xəbər verir ki, ötən mövsüm Braziliya B Seriyasında çıxış edən, lakin elita A Seriyasına qayıtmağı bacaran "Qremio" Superkubok matçında "Sao Luiz"i 4:1 hesabı ilə məğlub edib.
Qış fasiləsində Uruqvay "Nasional"ından ayrılaraq azad agent kimi Braziliya təmsilçisinə keçən 35 yaşlı forvard yeni komandasının qələbəsində əsas pay sahibi olub. O, ilk hissədə üç qol vuraraq het-trikə imza atıb.
Gremio'nun yeni transferi Luis Suarez çıktığı ilk maçta hat-trick yaptı ve kupa kazandı. İyi başlangıç. pic.twitter.com/WrCGYhbpl8
— Fanatik (@fanatikcomtr) January 18, 2023
Beləliklə, Suares 2013-cü ilin dekabrından bəri ilk dəfə ilk hissədə het-trik edib. Sonuncu dəfə o, Premyer Liqada "Liverpul"un oyunçusu kimi "Norviç"lə oyunda bunu bacarıb. Ümumilikdə bu, hücumçunun peşəkar karyerasında 30-cu het-trik olub. O, Uruqvay millisində iki, "Liverpul"da altı, "Ayaks"da doqquz, "Barselona"da isə 12 dəfə üç və daha çox qol vurub.
Mirağa