"Napoli"nin və Gürcüstan millisinin vingeri Xviça Kvaratsxeliya mövsümün sonunda İngiltərə nəhənginə transfer oluna bilər.
Fanat.Az xəbər verir bu barədə son məlumatı "Daily Mail" yayıb.
Xəbərə görə, cari mövsüm Neapol təmsilçisində parlaq çıxışla diqqət çəkən gürcü futbolçu "Mançester Siti"nin əsas transfer hədəfinə çevrilib. Mənbə "şəhərlilər"in İtaliya klubuna "yox" deyə bilməyəcyi təklif hazırladığını vurğulayıb.
Qeyd edək ki, bu mövsüm A Seriyasında 15 oyuna çıxan 21 yaşlı Xviça 7 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat