Voleybol üzrə Azərbaycan milli komandasının kapitanı Ayşən Abduləzimovanın çıxış etdiyi Macarıstanın "Vaşaş" klubu Çempionlar Liqasının qrup mərhələsində uğursuz çıxışını davam etdirir.
Fanat.Az xəbər verir ki, Macarıstan çempionu dördüncü turda səfərdə "Rjeşov"a (Polşa) 1:3 hesabı ilə uduzub. Ayşən matç ərzində 7 xal toplayıb.
Cəmi bir xalla qrup sonuncusu olan “Vaşaş” pley-offa vəsiqə şansını itirib.