Birinci divizionda çıxış edən "Mingəçevir" 5 futbolçu ilə yollarını ayırıb.
Klubdan Fanat.Az-a verilən məlumata görə, Həsrət Mürsəlov, Əmrah Məmmədli, Pərvin Zeynalov, Ruslan Voronsov, Orxan Əlibalayev və Nurlan Quliyevlə yollarını ayrılıb.
Qeyd edək ki, "Mingəçevir" qış fasiləsində baş məşqçi dəyişikliyi də edərək Azər Həşimovu Şəhruz Mustafayevlə əvəzləyib.
Mövsümün ikinci yarısına "Kür" Olimpiya Tədris İdman Mərkəzinində hazırlaşan komanda seleksiya xarakterli təlim-məşq toplanışını başa vurub. "Mingəçevir" 16-cı tur çərçivəsində fevralın 8-də qarşılaşacağı "Neftçi" ilə oyuna hazırlaşır.
Mirağa