Keçmiş futbolçu Marko van den Buqart itkin düşüb.
Fanat.Az xəbər verir ki, polis 37 yaşlı niderlandlının axtarışına başlayıb.
Bu barədə Buqartın sabiq klubu "Neymegen" açıqlama yayıb. Yanvarın 6-dan bəri onu heç kim görməyib. Van den Buqartın depressiyadan əziyyət çəkdiyi bildirilir. Ailəsi onun İspaniyada ola biləcəyinə inanır.
Van den Buqart futbolçu karyerasını 2018-ci ildə başa vurub. O, 2004-2018-ci illərdə "Feyenoord"un gənclər komandasında, İspaniyanın "Sevilya" və "Real Mursia"nın əvəzedici komandalarında, həmçinin sonuncu klubu "Nemegen"də çıxış edib.
Mirağa