“Roma” klubu yarımmüdafiəçisi Nikolo Dzanyolonu satmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Martsio məlumat yayıb.
Paytaxt klubu 23 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin iyun ayına kimi nəzərdə tutulan müqavilənin müddətinin uzadılmasıyla bağlı razılığa gələ bilmir. Romalılar futbolçuya 35-40 milyon avro qiymət qoyub. Dzanyolo ilə "Vest Hem", "Tottenhem" və "Borussiya Dortmund" klubları maraqlanır.
Dzanyolo bu mövsüm bütün turnirlərdə 17 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa