"Arsenal" yeni yarımmüdafiəçi ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, londonlular "Brayton"un yarımmüdafiəçisi ilə müqavilənin şərtlərini razılaşdırıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Mənbənin bildirdiyinə görə, tezliklə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.
London klubu oyunçu üçün təxminən 23 milyon avro ödəməyə hazırdır. "Brayton" təxminən 30 milyon avro istəsə də, tərəflərin ortaq məxrəcə gəldiyi bildirilir.
Yaxın saatlarda baş tutacağı gözlənilən sövdələşmənin uzunmüddətli olacağı gözlənilir.
Trossard bu mövsüm Premyer Liqada 16 oyuna çıxıb və 7 qol vurub.
Mirağa