Futbol veteranı Füzuli Nəcəfovun 65 yaşı tamam olub.
Fanat.Az xəbər verir ki, bu münasibətlə AFFA-nın inzibati binasında baş katib Sərxan Hacıyev yubilyarla görüşüb.
Baş katib AFFA rəhbərliyi adından yubileyi münasibətilə Füzuli Nəcəfovu təbrik edib, ona xoş arzularını çatdırıb.