"Bayern Münhen" yeni transferini həyata keçirib.
Fanat.Az xəbər verir ki, Bundesliqa təmsilçisi "Borussiya Münhenqladbax"ın qapıçısı Yan Zommerlə müqavilə imzalayıb.
34 yaşlı isveçrəli qolkiper ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
O, zədə səbəbilə mövsümün sonuna kimi oynaya bilməyəcək Manuel Noyeri əvəz edəcək.
Röya