"Real Madrid"in futbolçusu Rodriqo İspaniya Kral Kubokunun 1/8 final mərhələsində "Vilyarreal"la matçda əvəzləndikdən sonra baş məşqçi Karlo Ançelotti ilə görüşmədən ehtiyat oyunçular skamyasında əyləşib.
Fanat.Az "Globo"ya istinadən xəbər verir ki, yarımmüdafiəçinin bu hərəkəti italiyalı çalışdırıcının qəzəbinə səbəb olub.
Ançelotti oyundan sonra təşkil olunan mətbuat konfransında onun əlini havada qoyan futbolçusu ilə bağlı bunları deyib: “Rodriqonu yorğun olduğu üçün əvəzlədim. Beləliklə, risk etməməyi seçdim. Doğrudur, mənə salam vermədi. Unutduğunu düşünürəm, başqa səbəb görmürəm. Ona xəbərdarlıq edərək əvəzetmələr zamanı salam verməyi unutmamasını söylədim”.
Xatırladaq ki, görüşün gedişində "Real" 0:2 hesabı ilə uduzsa da, sonda 3:2 hesabı ilə qalib gəlib. Rodriqo 52-ci dəqiqədə əvəzlənib.
Mirağa