"İnter"in müdafiəçisi Milan Şkrinyar klubunun yeniu müqavilə təklifini geri çevirib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi saytı vasitəsi ilə Canluka Di Martsio yayıb.
Xəbərə görə, İtaliya nəhəngi Şkrinyara illik 6 milyon əməkhaqqı fonunda yeni anlaşma təklif etsələr də, futbolçu 8 milyon maaş istəyib və bu üzdən tərəflər razılığa gələ bilməyib. Mənbə klub idarəçilərinin ümidlərini itirmədiklərini, müdafiənin liderinin fikrini dəyişəcəyinə inandıqlarını da açıqlayıb.
Qeyd edək ki, 27 yaşlı Şkrinyar 2017-ci ildən "qara-göylər"in formasını geyinir. Onun Milan təmsilçisi ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Nihat