Ukraynanın “Şaxtyor” klubunun futbol direktoru Dario Srna London “Arsenal”ının azarkeşlərindən təhqiredici mesajlar və ölüm təhdidləri aldığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, xorvatiyalı funksioner bu barədə İngiltərənin “The Guardian” nəşrinə müsahibəsində danışıb.
40 yaşlı keçmiş futbolçu bildirib ki, "topçular"ın azarkeşləri onu başqa şeylərlə yanaşı, yarımmüdafiəçi Mixail Mudrikin "Arsenal"ın düşərgəsinə transferinə görə də ittiham ediblər. O, ukraynalı futbolçunun "Çelsi"yə transferi üçün lobbiçilikdə günahlandırılıb.
Dario Srna bildirib ki, bu doğru deyil, çünki o, sırf “Şaxtyor”un və onun prezidenti Rinat Axmetovun maraqları üçün çalışıb.
Xatırladaq ki, 22 yaşlı Mixail Mudrik "Çelsi"yə 70+30 milyon avroya keçib.
Mirağa