"Mançester Yunayted"in sabiq hücumçusu, hazırda "Nottingem Forrest"in uğurları üçün çalışan Cessi Linqard "qırmızı şeytanlar"ın ünvanına sərt fikirlər səsləndirib.
Fanat.Az xəbər verir ki, Linqard "YouTube" üzərindən yayımlanan "The Diary Of A CEO" kanalına danışıb:
"Mançester Yunayted"ə hörmətim yoxdur. Orada nə balans var idi, nə struktur. İnsanlarla istədikləri kimi rəftar edirdilər. Bir sözlə, ab-havadan anarxiya qoxusu gəlirdi. "Mançester Siti" və "Tottehnem"ə baxın. Hər şeydə onları qabalayırlar. Hətta sosial şəbəkələrdə də daha ciddi işlər görürlər. zamanla hesablaşmaq, inkişaf etmək vacibdir".
Nihat