"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş yarımmüdafiəçi Dele Allinin transferindən narazılığını bildirib.
O, Türkiyə klubuna ötən yayda "Everton"dan icarə əsasında keçib.
Fanat.Az xəbər verir ki, "Evening Standard" Şenol Günəşin dedikıərini belə çatdırıb:
“Onun hazırkı vəziyyəti komandaya inteqrasiya baxımından gözləntilərimizə cavab vermir. Biz təhlil edəcəyik. Dele Allinin hazırda oynamağa layiq olduğunu düşünmürəm.
Dele Allinin yaxşı karyerası olub və biz onun komandaya töhfə verəcəyini gözləyirik. Amma indi bunu edə bilmir. Biz bunu onunla və klubla müzakirə edəcəyik".
26 yaşlı yarımmüdafiəçi bu mövsüm "Beşiktaş"ın heyətində bütün yarışlarda 10 oyun keçirib və 2 qol vurub.
Mirağa