"Çelsi"nin almaniyalı hücumçusu Kay Xaverts karyerasını yenidən vətənində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky Germany" yayıb.
Xəbərə görə, 23 yaşlı forvard "Bayern Münhen"in diqqət mərkəzindədir. Münhen klubu Xaverts üçün 58 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Kay "Çelsi"yə 2020-ci ildə "Bayer-04"dən keçib.
Röya