Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo Zaqreb " bu gün Xorvatiya çempionatında növbəti matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, Zaqreb təmsilçisi XVIII turun görüşləri çərçivəsində "Qoritsa"nı qəbul edəcək.
Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, "Dinamo Zaqreb" 41 xalla liderdir.