Meksikanın "Pumas" klubu cinsi zorakılıqda ittiham edilən futbolçusu Dani Alveslə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun prezidenti Leopold Silva dünən keçirilən mətbuat konfransında bildirib:
"Klub bu gündən etibarən üzrlü səbəbdən Alveslə əmək müqaviləsinə xitam vermək qərarına gəlib".
Qeyd edək ki, cinsi zorakılıqda ittiham olunan Braziliya millisinin sabiq üzvü ötən gün həbs olunub.
Röya