İtaliya A Seriyası rəhbərliyi tərəfindən ağır cəzaya məruz qalan “Yuventus" hesabından 15 xal silinməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı bəyanata görə, "Qoca sinyora" apellyasiyaya müraciət edəcək:
"Yuventus" tərəfi qərarın əsaslandırıcı hissəsinin dərcini gözləyir və İdman Ədaləti Məcəlləsinin müddəalarına uyğun olaraq İdman Arbitraj Şurasına müraciət edəcəyini elan edir".
Qeyd edək ki, ötən gün klubun fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə "Yuventus"un A Seriyasında topladığı xalların 15-i silinib. Nəticədə klub turnir cədvəlində 3-cü pillədən 10-cu sıraya enib. Eyni zamanda klub rəhbərliyində yer almış Paratiçi 2.5, Anyelli və Arrivabene 2 il, Çerubini 1 il 4 ay, Nedved isə 8 ay diskvalifikasiyaya məruz qalıb.