Braziliya Futbol Federasiyası İspaniya millisinin və "Barselona"nın sabiq baş məşqçisi Luis Enrike ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, məlumatı insayder Nikolo Skira yayıb.
Onun sözlərinə görə, federasiya rəsmiləri ispaniyalı mütəxəssisin Braziliya millisinin baş məşqçisi olmasını istəyirlər. Ekrikeyə müddəti 2026-ci ilə qədər davam edəcək müqavilə təklif etməyi planlaşdırırlar.
Hazırda federasiyada Luis Enrikeyə təqdim ediləcək sözləşmə üzərində iş gedir.
Röya