"Liverpul"un baş məşqçisi Yürgen Klopp "Çelsi" ilə oyunöncəsi açıqlama verib.
Fanat.Az-ın xəbərinə görə, "Sky Sports"a danışan almaniyalı mütəxəssis bu qış London klubunun transferlər üçün xərclədiyi yüksək məbləğlərdən danışıb:
"Onların xərclərini izləmək maraqlıdır. Mən bunu izah edə bilmirəm. Əgər bunlar real rəqəmlərdirsə, heyrətləndiricidir. Amma biz rəqiblərimizin xərclərindən narahat olmayacağıq. Təbii ki, belə məqamlara diqqət yetirmək lazımdır, amma daha vacib olan məqamlar var".
Qeyd edək ki, İngiltərə Premyer Liqasının XXI turu çərçivəsində keçirilən "Liverpul" - "Çelsi" matçı Bakı vaxtı ilə 16:30-da start götürəcək.
Röya