Ukraynalı futbolçu Orest Lebedenko karyerasını İspaniya Primerasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 24 yaşlı müdafiəçi "Deportivo" ilə müqavilə imzalayıb.
Məlumatı La Koruna təmsilçisinin mətbuat xidməti yayıb.
#OSNOSOS | Lebedenko, novo xogador do #Dépor2223! //t.co/f7mdNTx0wS Grazas polo teu compromiso coa Forza, @LebedenkoOrest! 💪🏽 #ONosoCompromiso 💙 pic.twitter.com/AksxiierAy
— RC Deportivo (@RCDeportivo) January 21, 2023
Müqavilə cari mövsümün sonuna qədər nəzərdə tutulub, ancaq anlaşmaya onun daha 2 il uzadılması bəndi əlavə olunub.
Qeyd edək ki, Orestin son klubu İspaniya Sequndasında çıxış edən "Luqo" olub. Vaxtı ilə La Liqanın iddialılarından olan "Deportivo" isə İspaniyanın üçüncü divizionu sayılan Primerada çıxış edir.
Lebedenko İspaniya təmsilçisinə 2019-cu ilin yanvarında 700 min avroya "Karpatı Lvov"dan keçmişdi. Bu müddət ərzində o, icarə əsasında "Olimpik Donetsk"də mövsüm yarım oynayıb.
Bu mövsüm 24 yaşlı müdafiəçi Sequndada "Luqo" forması ilə 12 oyun keçirib.
Mirağa