"Fiorentino" komandanın baş məşqçi postunda dəyişikliyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, məlumatı "La Gazzetta dello Sport" yayıb.
Mənbənin məlumatına görə, Domeniko Tedesko "Fiorentina"nın yeni baş məşqçisi təyin oluna bilər. O, dünən "Torino" ilə oyunu (0:1) izləyənlər arasında olub. Vinçentso İtalianonun yerinə Tedeskonu gətirmək istəyən "Fiorentina" rəhbərliyinin .
İtalyan mütəxəssis Vinçenzo Italiano 2021-ci ilin iyulundan "Fiorentina"nı çalışdırır. Onun Florensiya klubu ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir. “Fiorentina” hazırda 23 xalla A Seriyasında 10-cu pillədə qərarlaşıb.
Domeniko Tedeskonun son iş yeri isə 2021-ci ilin dekabrından 2022-ci ilin sentyabrına qədər çalışdığı "Layptsiq" idi.
Mirağa