Kriştianu Ronaldunun “Əl-Nəsr”in heyətində ilk rəsmi matçına çıxacağı tarix bəllidir.
Fanat.Az xəbər verir ki, məlumatı Ər-Riyad klubunun mətbuat xidməti yayıb.
Ronaldunun komandası yanvarın 22-də ölkə birinciliyi çərçivəsində “Əl-İttifaq”la üz-üzə gələcək ki, bu da portuqaliyalı forvard üçün ilk rəsmi görüş olacaq.
Kriştianu daha öncə “Əl-Nəsr” və “Əl-Hilal”ın futbolçularından qurulmuş kollektivin sıralarında PSJ ilə yoldaşlıq matçında (4:5) oynayıb. 37 yaşlı ulduz həmin qarşılaşmada 2 qol vurub.
Qeyd edək ki, məlum qalmaqallı müsahibədən sonra "Mançester Yunayted"dən ayrılan Ronaldu yanvarın 2-də “Əl-Nəsr”lə 2,5 illik müqavilə bağlayıb.
Nihat