"Real Madrid"in futbolçusu Eduardu Kamavinqanın agenti Coşua Barnett müştərisinin İspaniya nəhəngini tərk edəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun dediklərini tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Bu, doğru məlumat deyil. Əlbəttə, Kamavinqanı istənilən klub heyətində görmək istəyər. Ancaq o, "Real"da xoşbəxtdir".
Daha öncə Avropa mətbuatında 20 yaşlı Kamavinqanın "Çelsi" və "Arsenal" kimi İngiltərə klublarından birinə icarəyə veriləcəyi barədə məlumatlar dərc edilib. Eduardunun oyun praktikasından əziyyət çəkdiyi Madrid təmsilçisini tərk etmək istədiyi bildirilib.
Qeyd edək ki, Kamavinqa "Real"a ötən ilin yayında Fransanın "Renn" klubundan transfer olunub. Onun paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.
Nihat