"Napoli"nin hücumçusu Viktor Osimhen kareyrasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.
Xəbərə görə, "Real Madrid" Osimheni Kərim Benzemanın əvəzləyicisi qismində heyətə qatmaqda maraqlıdır. Mənbə madridlilərin sözügedən forvardı 60 milyon avro qarşılığında transfer etməyi arzuladıqlarını, lakin "Napoli" bosslarının Viktoru azı 80 milyona satmaq istədiklərini vurğulayıb.
Qeyd edək ki, 24 yaşlı Osimhen cari mövsüm klubunun forması ilə çıxdığı 19 matçda 14 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Napoli" ilə müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.
Nihat